Azərbaycanın sədrliyi ilə Nayrobidə UNEP Daimi Nümayəndələr Komitəsinin iclası keçirilir
Azərbaycanın sədrliyi ilə dekabrın 1-də Nayrobidə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Daimi Nümayəndələr Komitəsinin açıq iclası öz işinə başlayıb.
Bu barədə Azərbaycanın Keniyadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, iki ildən bir keçirilən iclas gələn həftə baş tutacaq BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) 7-ci sessiyasında qəbul olunacaq qərar və qətnamə layihələrinin müzakirəsi və razılaşdırılması üçün beş gün davam edəcək.
Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev cari ilin iyun ayında ilk dəfə UNEP-in Daimi Nümayəndələr Komitəsinin Bürosunun 2025-2027-ci illər üzrə sədri vəzifəsinə seçilib. UNEP Daimi Nümayəndələr Komitəsi ətraf mühit məsələləri üzrə dünya əhəmiyyətli prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu UNEA daimi fəaliyyət göstərən orqanıdır. UNEA-nın 7-ci sessiyasında 5000 nəfərə yaxın nümayəndənin və 60-dan çox nazir səviyyəsində nümayəndə heyəti başçısının iştirakı gözlənilir. Azərbaycan bu sədrliyi çərçivəsində UNEA-nın 7-ci sessiyasının prezidenti Oman Sultanlığı ilə birlikdə əlaqədar proseslərə öz töhfəsini verir.
2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik inkişaf edir. Həmçinin, ölkəmiz UNEP-in 2026-cı ildə keçiriləcək "Ümumdünya Ətraf Mühit Günü"nə (WED2026) Azərbaycan ev sahibliyi edəcəkdir. Eyni zamanda, 2026-cı ilin 17-22 may tarixlərində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında da (WUF13) iqlim dəyişmələri və dayanıqlı şəhərsalma proseslərinin qarşılıqlı təsirləri əsas gündəm mövzulardan olacaqdır.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Tramp demokratları ABŞ fond bazarının 6 trilyon dollar itirməsində günahlandırıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT













