"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb
Far.Az xəbər saytı

"SOCAR Hackathon 2025"ə qeydiyyat başlayıb


Dekabrın 13–14-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində "SOCAR Hackathon 2025" tədbiri keçiriləcək.

Far.Az xəbər verir ki, hakatonun məqsədi SOCAR-ın innovasiya gündəliyinə uyğun süni intellekt və məlumat mühəndisliyi üzrə yeni texnoloji həllər hazırlamaq, həmçinin gəncləri yaradıcı, praktiki həllər üzərində işləməyə təşviq etməkdir.

Hakaton iki istiqamət üzrə - Süni İntellekt Mühəndisliyi (AI Engineering): Əl yazısı məlumatlarının email, həmçinin Məlumat Mühəndisliyi (Data Engineering): Seysmik məlumatların bərpası üzrə keçiriləcək.

İştirakçılar komandalar şəklində (ən çox 3 nəfər) müraciət edə bilərlər.

İlkin seçim mərhələsində komandaların motivasiya məktubu, CV-ləri və texniki bacarıqları nəzərə alınacaq.

Seçilmiş komandalar 48 saat ərzində SOCAR-ın təqdim etdiyi real məlumat bazaları üzərində işləyərək texnoloji həllər hazırlayacaqlar.

Mükafat fondu (hər istiqamət üzrə):

1-ci yer – 4000 AZN

2-ci yer – 2000 AZN

3-cü yer – 1000 AZN

Qeydiyyat üçün: https://forms.gle/gW42pPctvkFVQfKm7

Son müraciət tarixi: 07 dekabr 2025-ci il, saat 23:59-a qədər

Məkan: Bakı Ali Neft Məktəbi kampusu, Bakı şəhəri, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu 3-cü km, 25

Oxşar xəbərlər

200 və aşağı bal toplayanlar bu ixtisaslarda oxuyur - SİYAHI
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lənkəranda internat məktəbində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər