Ucuz istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Bu rayonlarda qiymətlər...
Far.Az xəbər saytı

Ucuz istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Bu rayonlarda qiymətlər...


"Azərbaycanda büdcəsinə uyğun istirahət etmək istəyənlər üçün bir sıra bölgələrdə münasib qiymətli hotellər və ailəvi istirahət məkanları mövcuddur. Bununla belə, bəzi turizm istiqamətlərində təqdim olunan xidmətlərin səviyyəsi və infrastruktur qiymətlərin daha yüksək formalaşmasına səbəb olur".

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm üzrə ekspert Rəhman Quliyev açıqlamasında bildirib.

Onun sözlərinə görə, qiymət baxımından daha əlçatan istirahət imkanları əsasən Şəki, Qax, Zaqatala, Balakən və İsmayıllı rayonlarında cəmləşib. Bu bölgələrdə kiçik otellər, butik yerləşmə obyektləri və ailəvi istirahət məkanları vasitəsilə nisbətən aşağı büdcə ilə tətil etmək mümkündür.

Ekspert qeyd edib ki, Quba və Qusar istiqamətlərində də münasib qiymətli yerləşmə obyektləri tapmaq mümkündür:

Ucuz istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Bu rayonlarda qiymətlər...

"Lakin yüksək kateqoriyalı hotellərdə və geniş xidmət paketi təklif edən məkanlarda qiymətlər daha yüksəkdir. Daha bahalı istirahət imkanları əsasən Qəbələ, Quba, Qusar, Şamaxı və Naftalan bölgələrində təklif olunur. Bu ərazilərdə premium xidmətlər, SPA mərkəzləri, sağlamlıq proqramları, dağ turizmi və inkişaf etmiş infrastruktur qiymətlərin yüksəlməsinə təsir göstərir".

Rəhman Quliyev işğaldan azad edilmiş ərazilərdə turizm imkanlarının genişlənməsinə də diqqət çəkib:

"Şuşa, Laçın və Xankəndi istiqamətlərində infrastrukturun inkişafı yeni istirahət imkanlarının yaranmasına şərait yaradır. Bu ərazilər gələcəkdə Azərbaycanın mühüm turizm mərkəzlərindən birinə çevrilə bilər.

Daxili turizmin inkişafı üçün yalnız yüksək kateqoriyalı hotellərin sayının artırılması kifayət deyil. Eyni zamanda orta və aşağı qiymət seqmentində keyfiyyətli yerləşmə imkanları da genişləndirilməlidir. Ölkə daxilində istirahət imkanları müxtəlif gəlir səviyyəsinə malik insanlar üçün əlçatan olmalı, hər bir vətəndaş öz büdcəsinə uyğun şəkildə Azərbaycanın bölgələrində tətil edə bilməlidir".

Qeyd edək ki, hazırda bölgələrdə iki nəfər üçün standart otaqda bir gecəlik qalma qiymətləri 4 ulduzlu hotellərdə 70–100 manat, 5 ulduzlu hotellərdə 100–150 manat, premium kateqoriyalı hotellərdə isə 150–250 manat arasında dəyişir. Qiymətlər hotelin yerləşdiyi əraziyə, xidmət səviyyəsinə və mövsümi tələbatına uyğun olaraq fərqlənə bilər.

Orxan Hüseyn

Oxşar xəbərlər

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər