21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub - Əri ilə mübahisəsi yaranıbmış
Far.Az xəbər saytı

21 yaşlı Ləman bacısının həyat tərzinin qurbanı olub - Əri ilə mübahisəsi yaranıbmış


Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Rəşad Əmirovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxışı zamanı müttəhimin 18 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti iclas dekabrın 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə 27 may 2025-ci ildə Bakının Nizami rayonunda qeydə alınıb. Paytaxt sakini Ləman Əmirovanın yaşadığı mənzildə aldığı xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.

İlkin araşdırmalarla məlum olub ki, Ləman Əmirova həyat yoldaşı Rəşad Əmirov tərəfindən döyülərək qətlə yetirilib. Rəşad Əmirov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Cinayət işinin istintaq materiallarındakı ifadələrə görə, Ləman Əmirovanın qətlə yetirilməsinə əsas səbəb onun bacısı Səbinə Vəliyevanın sürdüyü həyat tərzi ilə bağlı mərhumun əri ilə arasında yaranan mübahisə olub. Məhkəmə zamanı dövlət ittihamçısı şahidə buna görə irad tutaraq, baldızının sürdüyü həyat tərzinə görə arvadını qətlə yetirməsinin özünün həbs olunması, azyaşlı övladlarının da valideynsiz qalması ilə nəticələndiyini deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər