Yeni ilə qədər arıqlamağa kömək edəcək DİYETA
Far.Az xəbər saytı

Yeni ilə qədər arıqlamağa kömək edəcək DİYETA


Yeni ilə qədər arıqlamaq istəyənlər üçün əsas qayda - qidalanma vərdişlərini dəyişməkdir.

Far.Az xəbər verir ki, bu barədə Moskva 24-ə danışan fitnes mütəxəssisi Eduard Kanevski bildirib ki, nəticə əldə etmək üçün ilk növbədə ağ şəkər və şəkərli içkilərdən tamamilə imtina etmək, meyvə qəbulu miqdarını azaltmaq, enerji içkiləri, alkoqol və bəzi idman içkilərini (məsələn, izotoniklər) rasiondan çıxarmaq lazımdır, çünki onların tərkibində də karbohidratlar olur.

Kanevskinin sözlərinə görə, şirniyyat, un məmulatları, yarımfabrikatlar, fastfud, mayonez, çips, suxarı və qəlyanaltılar da menyudan tamamilə çıxarılmalıdır.

Bunun əvəzində liflə zəngin qidalar (xüsusilə yaşıl tərəvəzlər), az yağlı ət növləri, turş süd məhsulları, mürəkkəb karbohidratlar qəbul edilməli və kifayət qədər təmiz su içilməlidir.

"İdman məşqlərinə gəlincə, burada üstünlük kardio yüklərə verilməlidir - ideal halda həftədə 5 dəfə, hər dəfə 45–60 dəqiqə. Amma ən vacibi odur ki, əgər siz Yeni ilədək arıqlamaq qərarına gəlmisinizsə, yalnız düzgün qidalanmaq deyil, həm də müntəzəm məşq vərdişi formalaşdırmaq lazımdır. Əsas məqsəd bayram günlərində itirdiyiniz çəkini geri almamaqdır, çünki bu, həm fiziki, həm də psixoloji vəziyyət üçün zərərlidir", - deyə Kanevski əlavə edib.

Oxşar xəbərlər

Məşhur çips məhsulunda UYĞUNSUZLUQ AŞKARLANDI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər