Multimedia "S&P" 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ildə Azərbaycanda neft hasilatının bir qədər azalacağını proqnozlaşdırır.
Far.Az bu barədə agentliyin proqnozlarına istinadən xəbər verir.
"2025-ci ilin 10 ayı ərzində neft hasilatı 4,6% azalaraq gündəlik təxminən 556 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 27 min barel azalma deməkdir. Bu tendensiya növbəti illərdə də davam edəcək. Neft hasilatı, ehtimal ki, 2026-cı ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun köhnəlməsi səbəbindən bir qədər azalacaq. Xarici operatorların əlavə investisiyaları azalmanı yavaşladır, lakin dayandırmır", - agentlik qeyd edib.
Bu ilin 10 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,7 % artaraq gündəlik təxminən 849 min barel neft ekvivalenti təşkil edib. Bu da qaz hasilatındakı mülayim artımın neft hasilatındakı əhəmiyyətli azalmanı kompensasiya etmədiyini vurğulayır.
"S&P"nin qiymətləndirmələrinə görə, 2026-cı ildə qaz hasilatı ümumilikdə cari səviyyədə qalacaq.
"Daha uzunmüddətli perspektivdə bir neçə qaz hasilatı layihəsi ("Abşeron"un növbəti mərhələsi, AÇG-nin dərin layları və "Ümid", "Babək" və "Qarabağ" yataqlarının işlənməsi daxil olmaqla) qaz hasilatını dəstəkləyə bilər, amma onların hamısı planlaşdırmanın ilkin mərhələlərindədir və həyata keçirilməsi üçün illər lazım olacaq", - agentlik vurğulayıb.
Oxşar xəbərlər
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycanın kredit reytinqi: ədalətli qiymətləndirmənin vaxtı gəlib?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













