Deputat: "Azərbaycanın uğurlarını xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər"
"Müstəqil Dövlətlər Birliyində (MDB) münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər".
Far.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlaltıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər:
"Bu, həmçinin Milli Şuranın fiaskosu deməkdir. Xəyanətkar qrupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, antimilli ünsürlər hər vəchlə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkrli planların reallaşmasına imkan vermədi və antimilli qüvvələr əmin olsunlar ki, gələcəkdə də istənilən belə addımın qarşısı qətiyyətlə alınacaq".
"Xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan biri də özünü qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyidir. Necə olursa-olsun hakimiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu ünsürləri fərqli cəbhələrlə əməkdaşlıq etməkdən çəkindirməyib. Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək", - deyə deputat əlavə edib.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR və DETALLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Donald Tramp İlham Əliyevə təşəkkür edib













