Əhaliyə XƏBƏRDARLIQ - Bu gündən etibarən...
"Maqnit qasırğası gözlənilir".
Bu barədə Far.Az-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından xəbər verilib.
Qeyd edilib ki, Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verib.
"Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 - 10 dekabr tarixlərində M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.
Dekabrın 8-də dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.
Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kütlə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.
Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
2026-cı ildə yağ-bal içində yaşayacaq bürclər
-
İran ABŞ-nin istənilən hücumuna sərt cavab verəcəyini bildirib
-
Türkiyənin qaraciyər çatışmazlığından əziyyət çəkən tanınmış aktyoru üçün donor tapıldı
-
Suriya ordusu Rakkada İŞİD-çilərin olduqları həbsxananı nəzarət altına alıb
-
Dövlət Komitəsi: Tovuzda küçədə yaşayan 11 yaşlı uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
-
Donald Tramp İlham Əliyevə təşəkkür edib













