Bakı-Moskva münasibətlərinin gedişatı: Saakaşvilidən qalmaqallı açıqlama
Far.Az xəbər saytı

Bakı-Moskva münasibətlərinin gedişatı: Saakaşvilidən qalmaqallı açıqlama


Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, Gürcüstanın hazırkı hakimiyyətinin təkcə Qərb tərəfdaşları ilə deyil, həm də onların ən yaxın qonşuları - Ermənistan və Azərbaycanla münasibətləri pisləşib.

Ermənistanın "Alpha News" nəşri xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili özünün "Facebook" səhifəsində paylaşım edib.

"İrakli Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan qovmağı və onların hesablarını bağlamağı xahiş edir. Nikol Paşinyan hökuməti cavab verir ki, Ermənistanda xarici agentlər haqqında qanun yoxdur və qanunun olmasını planlaşdırmır, eləcə də onların azadlığını məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur", - deyə M.Saakaşvili qeyd edib.

"Azərbaycan və Rusiya hətta son vaxtlar aralarında gərginliyin artması fonunda belə mehriban qonşuluq münasibətlərinin davamlı inkişafı üçün bütün səylərini göstərirlər", - TASS informasiya agentliyi oxucularına xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Cenevrədə jurnalistlərə bildirib.

O qeyd edib ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Hər iki tərəf həm milli, həm də xalqlar səviyyəsində çox zəngin qarşılıqlı fəaliyyət tarixini bölüşür.

Daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər