Tiktoker "Bəniz" məhkəmədə prokurorun suallarını cavablandırıb
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən tanınmış tiktoker Aybəniz Xəlilovanın ("Bəniz") cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, prosesə hakim Fəxri Məmmədov sədrlik edib.
İclasda təqsirləndirilən tiktoker prokuror Tural Yaqubovun cinayət işindəki hədə-qorxu ilə tələb etmə ilə bağlı bir neçə epizod üzrə verdiyi sualları cavablandırıb.
"Bəniz" cinayət işində zərərçəkən kimi tanınan Xalid Kərimovu şantaj edərək ondan külli miqdarda vəsait alması məsələsinə gəlincə, vurğulayıb ki, bu hal heç vaxt baş verməyib:
"Hər həftəsonu rayonlarda, daha sonra Türkiyə və Dubayda olmuşuq. Arada qısqanclıq zəminində anlaşılmazlıq olsa da, tez barışmışıq. Biz ailə olmuşuq, mən niyə onu şantaj edim? Mən özümü kifayət qədər təmin edən qadınam, kimsənin puluna ehtiyacım olmayıb, belə olduğu halda mən necə pulla kimisə şantaj edə bilərəm? Kartıma, təbii ki, pullar atıb, o da məişət qayğıları üçün idi. Ancaq bunu külli miqdar adlandırmaq gülüncdür. Münasibətlərimiz 2024-ün 19 oktyabrından gərginləşib; səbəbi evimi məndən xəbərsiz banka girov qoyması və bu səbəbdən bankın evimi satışa çıxarması idi. Bundan sonra ayrıldım ondan. Ayrılmaq qərarımdan sonra sosial şəbəkələrdə şərəf və ləyaqətimi təhqir etməyə başladı. Dözə bilmədim və ondan 35-ci bölməyə şikayət etdim. Bizim yerlərimiz səhv düşüb burada, əslində, mənim yerimdə indi o olmalı idi".
Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisi zərərçəkmiş şəxsin yenidən dindirilməsini məhkəmədən istəyiblər. Həmçinin vəkil təqsirləndirilən A.Xəlilovanın həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses yanvarın 13-nə təyin edilib.
Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













