Evlərindən danışan aparıcı: "Kirayə qaldığım vaxtlarda tum satırdım"
Far.Az xəbər saytı

Evlərindən danışan aparıcı: "Kirayə qaldığım vaxtlarda tum satırdım"


"Kirayədə yaşadığımız vaxtlarda evim olsun istəyirdim. Avtomobildən də çox istəyirdim ki, evim olsun. Mənə deyirdilər ki, sənin bu ev istəyi nədəndir. O qədər evsiz qalmışdım ki, sabah yenə də küçədə qalaram deyə qorxum var idi. Yenə də ailəm pis gündə yaşayar".

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Zaur Nəbioğlu öz verilişində deyib.

O qeyd edib ki, maddi imkanı olmadığından illərlə kirayədə yaşayıb. Bu səbəbdən də hazırda aparıcının iki evi var.

O kirayə yaşadığı vaxtlarda dolanmaq üçün tum satdığını da etiraf edib:

"Ona görə istəyirəm ki, mən daha yaxşı ev alım. İndi iki ədəd kiçik evlər almışam. Biri Lökbatanda yerləşir. Hələ hazır deyil, tikilir. İpoteka ilə götürmüşəm ayda 478 AZN ödəyirəm. Bir də sonrada kğçdüyüm evi almışam. Onu da ipoteka ilə almışam. Demişəm ki evlərim çox olsun. Bəlkə zəlzələ oldu birinə nəsə oldu. İndiki təhsil Nazirliyinin binasının yerləşdiyi yerdə yataqxana var idi. Orada kirayə yaşamışam. Orada park var idi və mən hər gün oarad tum satardım".

Ətraflı videoda:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda yeni yanaşma yollar tikilir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər