Marçin Bosatski: Balkan ölkələri Aİ-yə inteqrasiya edilməsə, başqaları bu fürsətdən yararlanacaqlar
Far.Az xəbər saytı

Marçin Bosatski: Balkan ölkələri Aİ-yə inteqrasiya edilməsə, başqaları bu fürsətdən yararlanacaqlar


Balkan ölkələri Avropa İttifaqına inteqrasiya edilməsələr, başqaları bu fürsətdən yararlanacaqlar.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Monteneqroda keçirilən Berlin Prosesi Liderlər Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Polşa Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Marçin Bosatski deyib.

O, Polşa hökumətinin Qərbi Balkanların Avropaya inteqrasiyasına və genişlənmə prosesinə birmənalı dəstək verdiyini diqqətə çatdırıb:

"Polşa hökuməti adından bəyan etmək istəyirəm ki, biz Qərbi Balkanların inteqrasiyasını və Aİ-nin genişlənmə prosesini qətiyyətlə dəstəkləyirik. Əlbəttə, proses meyarlara və əldə olunan nəticələrə əsaslanmalı və mümkün qədər sürətlə aparılmalıdır".

M.Bosatski bu çərçivədə geosiyasi risklərə də toxunaraq Aİ-nin genişləndirilməsinin zəruriliyini vurğulayıb:

"Aİ anlamalıdır ki, əgər biz birliyə üzv olmaq üçün müraciət edən bu fərqli ölkələri inteqrasiya etməsək, başqaları bundan yaranacaq fürsətdən sui-istifadə edəcəklər. Avropa böyüdükcə daha da güclənəcək. Aİ açıq və birmənalı şəkildə əhatəli olmalıdır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər