"Qarabağ"ın sabiq futbolçusu: "Nəriman Axundzadə kimi oyunçulara çox ehtiyacımız var"
Azərbaycanın Nəriman Axundzadə kimi futbolçulara çox ehtiyacı var.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açqlamasında "Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib.
Mütəxəssis "Ayaks"la matçdan sonra tənqidlərlə üzləşən Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə haqqında fikirlərini bildirib:
"Qarabağ" haqqında danışmaq bir qədər çətindir. Çünki komandanın Qurban Qurbanov kimi baş məşqçisi var. Həm də onun işinə müdaxilə etmək bir qədər etik deyil. Nəriman Axundzadə ilə bağlı çox tənqidlər səsləndirilir. Bəzən azarkeşlər haqlıdırlar. Amma reallığı da nəzərə alaq. Nəriman kimi futbolçulara çox ehtiyacımız var. Onun potensialında olan nə qədər oyunçumuz var ki? Nəriman ötən il Avropa Liqasında "Braqa"ya qol vuraraq "Qarabağ"ı 1/8 finala daşımışdı. Futbol belədir, haqsız tərəfləri də olur. Qol vura bilməyəndə pis, vuranda yaxşı olursan. Azarkeşlərə də müəyyən mənada haqq vermək olar. Çünki pul verirlər, oyuna baxmağa gəlirlər. Amma bizdə Nəriman kimi potensiallı 10-15 futbolçu olsa, deyilənlərlə tam razılaşaram".
O, "Ayaks"la matçın "Qarabağ" üçün çox çətin keçdiyini söyləyib:
"Çünki "Ayaks"ın itirəcəyi bir şey yox idi. Eyni zamanda gənc və dinamik komandadır. Bu səbəbdən maraqlı, açıq oyun oldu. Çox yaxşı keçidləri var idi. Hansı ki, bu keçidləri "Qarabağ"da görmüşük. Digər tərəfdən, artıq hər kəs "Qarabağ"a qarşı daha ciddi hazırlaşır. Düzdür, "Qarabağ" şanslardan daha yaxşı istifadə etsəydi, bəlkə də böyük hesabla qələbə qazanardı".
E.Məmmədov Niderland klubunun dünya səviyyəsində işlər gördüyünü söyləyib:
"Ayaks"ın baş məşqçisi yenidir. Gənclərə şans verir. Sonradan həyata keçirdiyi əvəzetmələr matçın taleyini müəyyənləşdirdi. Ümumiyyətlə, bu, Niderland futbolunun reallığıdır. Ötürmələrlə, dinamik futbol oynayırlar. Bu gün "Ayaks" gücsüzdür, gənclərdən ibarətdir" deyirik. Amma nəticədə Niderland məktəbidir və həm klublar, həm də milli baxımından dünya səviyyəsində işlər görürlər. Həmin gənclər beynəlxalq arenalarda yüksək səviyyədə çıxış edirlər. Bu gün 20 yaşlı futbolçular Avropada təcrübəli hesab olunurlar. 17 yaşlı uşağa qabiliyyəti var deyə şans verirlər".
Qeyd edək ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Ayaks" matçı qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Multikulturalizmə giriş" fənnini tədris edən müəllimlər üçün treninq təşkil olunub
-
Sabah Bakı və Abşerona arabir yağış, rayonlara isə qar yağacaq
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
-
Metroda problem: Qatarlar tuneldə qaldı
-
Mərakeşdə daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfəri keçib - YENİLƏNİB
-
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış, rayonlara qar yağacaq













