Cəlilabadda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb
Cəlilabad rayonunda yanğın zamanı evdən xilas edilən azyaşlı xəstəxanada ölüb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, üç gün bundan əvvəl Cəlilabad şəhəri Azərbaycan küçəsində fərdi yaşayış evində baş verən yanğın zamanı xilas edilən 5 yaşlı R. İsmayılova Bakı şəhərində xəstəxanalarından birində dünyasını dəyişib.
Qeyd edək ki, yanğın qeyd olunan ünvanda yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Belə ki, hadisə zamanı evdə təxminən 5-6 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatdığı üçün içəridə qalıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər. Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Oxşar xəbərlər
Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB
Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













