Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar
Far.Az xəbər saytı

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar


Azərbaycan karateçiləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya Kyokuşin Federasiyasının (KWF) təşkilatçılığı ilə keçirilən dünya çempionatında müxtəlif yaş və çəki dərəcələrində 5 medal qazanıblar.

"Report" Azərbaycan Karate Federasiyasına (AKF) istinadən xəbər verir ki, Cavid Kazımlı (16-17 yaş, +80 kq) və Selcan Babayeva (+60 kq) qızıl medal əldə edib.

Rəhman Yusubov (14-15 yaş, 75 kq) gümüş, Vaqif Bəndəliyev (16-17 yaş, 70 kq) və Toğrul Orucov (12-13 yaş, 60 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 16 idmançı, 2 hakim, 1 baş məşqçi və 1 ölkə nümayəndəsi olmaqla, ümumilikdə 20 nəfərlik heyətlə iştirak edib. Karateçilər həm fərdi həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Milliyə AKF-nin baş katibi Qabil Sayadov və KWF-in nümayəndəsi Rza Mustafayev rəhbərlik ediblər.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
FHN-in karateçiləri III MDB Oyunlarında yüksək nəticələr əldə edib
"Fullkontakt Kyokuşin Karate" üslubu üzrə "Bakı kuboku" turniri keçirilib
Üzgüçülük üzrə Azərbaycan çempionatında növbəti mükafatçılar bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər