Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ - Gəlinlə qardaşı tutuldular
Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıblar. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 09:42
Biləsuvarda təzyiqdən öldüyü qadının qətlə yetirildiyi məlum olub.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
İlkin məlumata görə, bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Qaynana öldürülən gəlinlə bağlı: Bacım oğlu və qonşu kənddən biri ilə...
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













