Azərbaycan noutbuk istehsalını 15 dəfə artırıb
Far.Az xəbər saytı

Azərbaycan noutbuk istehsalını 15 dəfə artırıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 25 475 ədəd noutbuk, 2 884 ədəd stolüstü kompüter istehsal edilib.

"Far.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 15 dəfə və 35 % çoxdur.

Təkcə noyabrda isə 12 ədəd noutbuk və 37 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 85 % və 97 % azdır.

2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər