Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində təşkil edilən BMT-nin Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunun açılış mərasimində və BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun Yüksək səviyyəli iclasında iştirak edib.
"Far.Az"a bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.
Eyni zamanda Azərbaycanı mədəniyyət naziri Adil Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil ediblər.
Qeyd edək ki, tədbirdə dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. "BMT-nin Sivilizasiyalar Alyansı: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru" mövzusunda keçirilən builki Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













