Dövlət rüsumlarından azad şəxslər barədə vahid elektron reyestrin yaradılması təklif edilib
Far.Az xəbər saytı

Dövlət rüsumlarından azad şəxslər barədə vahid elektron reyestrin yaradılması təklif edilib


Milli Məclisdə dövlət rüsumlarından azadolma hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılması təklif edilib.

"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında deyib.

O qeyd edib ki, həmin məlumatların bütün dövlət xidmətlərinin, o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olar:

"Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, dövlət rüsumlarından azadolma hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ, şəffaf icrasının təmin edilməsinə xidmət edər".

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün iki ay möhlət verilməsi təsdiqlənib
Azərbaycanda "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib
Azərbaycanda borcluya üzərinə həbs qoyulan əmlakı satmaq üçün 2 ay möhlət veriləcək
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər