Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və Avstriyanın Milli Antidopinq Agentlikləri arasında Memorandum imzalanıb


AMADA və Avstriyanın Milli Antidopinq Agentlikləri (NADA) arasında Anlaşma Memorandumu imzalanıb.

"Report"un agentliyə istinadən məlumatına görə, nümayəndə heyətində AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə və müavini Rüfət Efendiyev yer alıblar.

Memoranduma Təhminə Tağı-zadə və NADA-nın icraçı direktoru Mixael Sepiç imza atıblar və agentliklər arasında əməkdaşlıq üçün yeni çərçivə formalaşdırıblar.

Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildir. Sənəddə ekspertiza və qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin mürəkkəb işlər üzrə məsləhətçi dəstəyin göstərilməsi xüsusi yer tutur.

Nümayəndə heyəti NADA-nın qərargahında bir sıra işgüzar görüşlər də keçirib. Qonaqlara hüquq, təhsil, elm və testetmə sahəsində ətraflı məlumat verilib.

Sonra AMADA nümayəndə heyəti Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib və dopinq nəzarətində tətbiq olunan müasir elmi və analitik metodlar barədə məlumat verib.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Baku TV və "Özbəkistan 24" arasında əməkdaşlıq memorandumu imzalanıb
Dövlət Komitəsinin sədri ABŞ-nin Etnik Anlaşma Fondunun nümayəndə heyəti ilə görüşüb
Baku TV, Report İA və Qazaxıstanın "Xabar" Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan və Almaniya Milli Antidopinq Agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər