Balakəndə baş verən qəzada ölənlərin sayı artıb
Far.Az xəbər saytı

Balakəndə baş verən qəzada ölənlərin sayı artıb


Balakənin rayonun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Balakəndə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Hökməli-Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər