Balakəndə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var
Far.Az xəbər saytı

Balakəndə yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alanlar var


Balakəndə yol-nəqliyyat hadisəsi olub, sürücü ölüb, daha iki nəfər xəsarət alıb.

"Far.Az" un Şimal-qərb bürosunun məlumatına görə, avtoqəza rayonun Talalar kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Oxşar xəbərlər

40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər