Fransa yığmasının sabiq hücumçusu həbs oluna bilər
Far.Az xəbər saytı

Fransa yığmasının sabiq hücumçusu həbs oluna bilər


Fransa millisinin və İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu Cibril Sisse bir il şərti həbs cəzası ala bilər.

"Far.Az" "RMC Sport"a istinadən xəbər verir ki, o, vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur.

Məhkəmə sentyabrın 11-də baş tutub. Prokurorluq onun 100 min avro cərimələnməsini də tələb edib. Son qərar noyabrın 13-də veriləcək.

Qeyd edək ki, "Liverpul"la yanaşı, İtaliyada "Latsio", ölkəsində "Oser" və "Marsel" klublarının da formasını geyinmiş C.Sisse 2002-2011-ci illərdə Fransa yığmasında keçirdiyi 41 oyunda 9 qol vurub.

Oxşar xəbərlər

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydası müəyyən edilib
Nəcməddin Sadıkov barəsində araşdırma aparıldığı TƏSDİQLƏNİB
Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Vətən müharibəsi çağırışçılarının əmək haqqını sabiq idarə rəisi “yeyib”? - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
MN-dəki 143 milyonluq cinayət işi: General Namiq Poladova 4 milyon 600 min manat çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər