Nazir: "Aqrar biznes festivallarında 8 milyon manatdan çox satış həyata keçirilib"
Far.Az xəbər saytı

Nazir: "Aqrar biznes festivallarında 8 milyon manatdan çox satış həyata keçirilib"


Azərbaycanda aqrar biznes festivalları çərçivəsində 8 milyon manatdan çox satış həyata keçirilib.

"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.

Onun sözlərinə görə, son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, innovativ texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb: "Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda ümumilikdə 32 festival keçirilib. Bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış həyata keçirilib".

Nazir bildirib ki, festivallar çərçivəsində toxum-sərgi satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil olunub: "Bu tədbirlər kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
AİM-in direktoru: "Əkin sahələrinin 10 %-də müasir suvarma sistemləri qurulub"
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Ağsu və Zərdabda növbəti toxum sərgi-satış yarmarkaları keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər