Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Far.Az xəbər saytı

Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək


Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

Far.Az "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzib edilməsi, həmin məlumatların şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi və dəymiş mənəvi ziyana görə 100 min manat pulun müğənnidə tutularaq iddiaçıya ödənilməsi tələbinə baxılıb.

Məhkəmə yekun qərarı elan edib və müğənninin qardaşının iddiasını qismən təmin edib.

Belə ki, qətnamədə əksini tapan Afət Fərmanqızı tərəfindən internet kanallarında (sosial şəbəkələrdə, "YouTube" kanallarında, "Telegram" və ya digər rəqəmsal platformalarda) işlədilmiş ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.

Eyni zamanda, dəymiş mənəvi ziyanın əvəzi olaraq yeddi min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat müğənni Afət Fərmanqızıdan tutularaq Rəşad Şahyar oğlu Şərifova ödənilməlidir.

Oxşar xəbərlər

Publik şəxslər artıq işgüzar nüfuzu məhkəmə qaydasında müdafiə edə biləcək
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Tovuzda sosial şəbəkələrdə təhqirə görə 7 min manat mənəvi ziyan ödəniləcək
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər