Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir
Far.Az xəbər saytı

Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.

Bu barədə "Far.Az"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.

Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər