ASK: Aqrar sektorun inkişafında subsidiya mexanizmləri həlledici rol oynayır
Azərbaycanda aqrar sektorun inkişafında subsidiya mexanizmləri həlledici rol oynayır.
"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Ziya Hacılı Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
"Azərbaycanda dövlət aqrar sahədə sahibkarlığın inkişafına birbaşa müdaxilə etmir, əksinə, biznesin formalaşması və genişlənməsi üçün əlverişli şərait yaradır. Dövlət yalnız tənzimləyici rolunu oynayır, sahibkarların biznes fəaliyyətinə qarışmır, sadəcə şərait yaradır. Nəticədə bu gün aqrobiznes sahəsində dəyəri 28 milyon manatdan artıq olan müqavilə imzalanıb və bu prosesdə biznes tərəfdaşlığı əsas rol oynayır. Aqrar sektorun inkişafı bir çox ölkələrdə dövlət siyasətinin tərkib hissəsidir. Aqrar sahə yalnız biznes deyil, eyni zamanda strateji və siyasi məsələdir. Bu yanaşma Azərbaycanda da tətbiq olunur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













