Lənkəranda QHT-lərə dəstək xarakterli proqramın icrasına başlanılıb
Lənkəran şəhərində "QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı" işinə başlayıb.
"Report"un Cənub bürosunun məlumatına görə, üç gün tavam edəcək tədbir zamanı peşəkar ekspertlər QHT-lərə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, sosial media ilə iş və digər mühüm mövzularda bilik və bacarıqlar aşılayacaq.
Tədbir çərçivəsində keçiriləcək sessiyalar zamanı iştirakçılar qeyd olunan istiqamətlər üzrə biliklərini möhkəmləndirmək üçün praktiki tapşırıqlar yerinə yetirəcəklər.
Proqramla bağlı məlumat verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva qeyd edib ki, 2026-cı il sentyabrın 21-də bu Proqrama dair müvafiq elan verilib, 10 gün ərzində isə müraciətlər qəbul olunub:
"Təxminən 110 QHT təmsilçisindən proqrama qatılmaq üçün müraciətlər daxil olub və iştirakçılar seçim əsasında müəyyən ediliblər. Seçim zamanı ilk dəfə iştirak edənlərə, QHT-lərdə layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilgisi olan təmsilçilərə, QHT-nin sosial media səhifələrini idarə edənlərə üstünlük verilib. Nəticədə 100-ə yaxın QHT təmsilçisi Proqrama qəbul olunub".
Agentlik sözçüsü ötən illərdə təşkil olunan analoji proqramların QHT-lərin fəaliyyətinə müsbət təsir göstərdiyini vuruğlayıb:
"Bu proqram 2022-ci ildə Mingəçevir şəhərində, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində, 2025-ci ildə isə Şuşa şəhərində icra olunub. Ümumilikdə bu proqramlarda 600-dən çox QHT nümayəndəsi iştirak edib. Bu proqramlar xüsusilə somn illərdə QHT-lərin müxatəlif müsabiqələrə təqdim etmək üçün hazırladıqları layihələrin yazılması və icrası keyfiyyətinin getdikcə yüksəlməsinə öz töhfəsini verib. Agentlik bundan sonra da QHT-lərə konsultativ və metodiki dəstəyini davam etdirəcək".
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
Mingəçevirdə keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













