Eyni cinayəti dəfələrlə törətmiş şəxsə ağır cəza verildi
Bakıda tanışına çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilən, əvvəllər bir neçə dəfə məhkum olunmuş Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Fuad Rəcəbzadə 15 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror ötən prosesdə müttəhimin 17 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Xatırladaq ki, Bakı şəhər sakini F.Rəcəbzadə 2024-cü il iyunun 5-də Ruhulla Axundov küçəsində tanışı Təbriz Rəhimova mübahisə zəminində bıçaqla çoxsaylı bədən xəsarətləri yetirərək öldürməyə cəhd edib. Faktla bağlı cinayət işi başlanıb və F.Rəcəbzadə Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4, 221.3 maddələri ilə təqsirli bilinib.
Onu da qeyd edək ki, Fuad Rəcəbzadə əvvəllər də analoji cinayət törətməkdə təqsirli bilinərək bir neçə dəfə məhkumluğu olub. Növbəti dəfə isə onun əməli residiv sayılaraq ona daha ağır cəza verilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Keçmiş məhkuma üçüncü dəfə daha ağır cəza istənildi
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













