Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb
İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsilin İnkişafı Fondu və ABŞ-nin "Coursera" şirkətinin birgə həyata keçirdiyi "4Sİ Akademiyası"nın pilot mərhələsi yekunlaşıb.
"Far.Az" nazirliyə istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş 10 min nəfər 1 il ərzində mərhələli şəkildə “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılar 32 mindən çox kursa qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə edib.
Layihənin məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Təqdim edilən kurslar 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil biliklərinə hazırlıq kimi kateqoriyalara bölünür. İstifadəçilərə Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, “IBM”, “Meta” və “Google” kimi şirkətlərin 800-ə yaxın kursundan yararlanmaq təklif edilib. Kursların umumi müddəti 4-6 həftə olmaqla, video mühazirələr, tapşırıqlar və testlərdən ibarətdir.
“Coursera”dan ödənişsiz yararlanmaq istəyənlər üçün yaş və digər məhdudiyyətlər qoyulmayıb. Həyat boyu öyrənmənin təminatı layihənin məqsədlərindən biridir. Kursları uğurla başa vuran iştirakçılar “Coursera”nın beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə edirlər. “4Sİ Akademiyası” istifadəçilərinin ən çox müraciət etdiyi kurs "DeepLearning.AI" tərəfindən təklif olunan "Hamı üçün süni intellekt" (3,5 min istifadəçi) proqramı olub. IBM şirkətinin "Data elmi nədir?" və Nyu-York Dövlət Universitetinin "Blokçeynin əsasları" kurslarının hər birindən 3 min nəfər yararlanıb.
Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
"Sənaye 4.0 Hazırlıq Proqramı"na müraciətlərin qəbuluna başlanılıb
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub
-
Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi













