Lukaşenko Trampın kürəkənini Belarusa dəvət edib
Far.Az xəbər saytı

Lukaşenko Trampın kürəkənini Belarusa dəvət edib


Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşneri Belarusa səfərə dəvət edib.

Far.Az xəbər verir ki, o, bu barədə Minskdə keçirilən Ümumbelarus Xalq Yığıncağının iclası zamanı xalqa və parlamentə müraciətində deyib.

"Mən Kuşnerə Belarusa gəlməyi və əcdadlarının vətənini görməyi təklif etdim", – deyə Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı baş nazir Aleksandr Turçin də prosesə cəlb olunub. Prezident qeyd edib ki, Kuşnerdən ölkə üçün hər hansı konkret məsələnin həllini gözləmir, lakin onun mümkün dəstəyini də istisna etmir.

Lukaşenko eyni zamanda bildirib ki, Sloveniyada anadan olmuş Melaniya Tramp Ukrayna münaqişəsinin nizamlanmasına təsir göstərə və Belarus üçün də müəyyən işlər görə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər