Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınacaq
Far.Az xəbər saytı

Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınacaq


Ermənistana yanacaq daşıyan yük qatarı bir neçə saat sonra Böyük Kəsik stansiyasından yola salınacaq.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə bu gecə saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından Gürcüstana doğru hərəkət edəcək.

Yük, Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.

Oxşar xəbərlər

Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər