Nyu-Yorkda binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb - Yenilənib-2
ABŞ-nin Nyu-York şəhərindəki binanın çökməsi nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"un məlumatına görə, bu barədə CNN yanğınsöndürmə komissarı Lillian Bonsinoreyə istinadən xəbər verib.
Onun sözlərinə görə, hadisə nəticəsində yeddi uşaq da daxil olmaqla 19 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağır, 12 nəfərin vəziyyəti isə sabitdir.
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın çökməsi nəticəsində azı bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.
"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
Məmurun sözlərinə görə, bir nəfər dağıntılar altında qalıb, dörd nəfər ağır yaralanıb.
Hadisəni Nyu-Yorkun Binalar Departamenti araşdırır, axtarış-xilasetmə əməliyyatında dronlardan istifadə olunur.
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.
"Report" xəbər verir ki, bu barədə CNN Nyu-Yorkun Yanğın Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, bina əsasən yaşayış massivi olan Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşir. Uçqun yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) baş verib.
Xilasedicilər hazırda dağıntılar altında insanların ola biləcəyi üçün axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisə zamanı azı iki nəfər xəsarət alıb və tibbi yardım üçün həkimlərin nəzarəti altındadır.
Oxşar xəbərlər
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













