Kamran Əsədov ittihamlardan sonra ilk dəfə DANIŞDI
"Qeyd edilən cinayət işi üzrə özümü təqsirli bilmirəm".
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov Gəncə Şəhər Məhkəməsində keçirilən məhkəmədən sonra deyib.
"Birmənalı şəkildə bu gün keçirilən məhkəmədə hakimin verdiyi suallara cavabımda dedim ki, mən özümü adıçəkilən ittihamlar üzrə təqsirli bilmirəm. İnanıram ki ədalətli məhkəmə olacaq. Azərbaycanda ədalətli məhkəmə var, ədalət ortaya çıxacaq. Qeyd edilən məsələlər üzrə özümü birmənalı şəkildə təqsirli bilmirəm", - deyə Əsədov bildirib.
Qeyd edək ki, toplanmış sübutlara əsasən, Kamran Əsədova Cinayət Məcəlləsinin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik) maddələri ilə ittiham elan edilib, barəsində istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.
Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Tanınmış ekspert Kamran Əsədovun cinayət işi ilə bağlı İBTİDAİ İSTİNTAQ YEKUNLAŞIB
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev "BakuBus" MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













