"Üzgüçülük hamı üçün" layihəsinin açılış mərasimi keçirilib
Far.Az xəbər saytı

"Üzgüçülük hamı üçün" layihəsinin açılış mərasimi keçirilib


Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı çərçivəsində "Üzgüçülük hamı üçün" yarışına start verilib.

"Report" xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlardan sonra yarışlara start verilib. Ölkə üzrə dördüncü dəfə təşkil olunan yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı, ümumilikdə 1551 iştirakçı mübarizə aparır.

Yarışlar Bakı şəhəri və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.

Qeyd edək ki, hər yaş kateqoriyası üzrə (kişilər və qadınlar) ilk iki yeri tutan idmançılar 2026-cı ildə türk dövlətləri arasında keçiriləcək "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara dekabrın 21-də yekun vurulacaq.

Oxşar xəbərlər

Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər