İlk köç karvanı Kərkicahan qəsəbəsinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Far.Az xəbər saytı

İlk köç karvanı Kərkicahan qəsəbəsinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB


Bu gün doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə çatıb.

"Report" xəbər verir ki, köç edən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə dekabrın 20-də ilk köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə Kərkicahan qəsəbəsinə 30 ailə (115 nəfər) köçür.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanı Qırmızı Bazara çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər