Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 69 milyon 703,94 min ABŞ dolları dəyərində 1 milyard 220 milyon 799,39 min kVt/saat elektrik enerjisi ixrac edilib.

"Far.Az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən elektrik enerjisinin dəyəri 25,8 %, həcmi isə 30 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında elektrik enerjisinin payı 2,35 % təşkil edir.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 44 milyard 589 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 401 milyon ABŞ dolları ixracın, 21 milyard 188 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 3,85 % azalıb, idxal isə 12,9 % artıb.

Oxşar xəbərlər

Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycandan ixrac edilən sementin dəyəri 12 %-dən çox artıb
Azərbaycan piy və yağ ixracını 1 %-dən çox artırıb
Azərbaycan azot gübrəsinin ixracından qazancını 45 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər