Mahir Məmmədov: "Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar"
Far.Az xəbər saytı

Mahir Məmmədov: "Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar"


Azərbaycan şahmatçıları 2025-ci ildə yaxşı nəticələrə nail olublar.

"Report"un məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov 2025-ci ilin yekunlarına həsr olunan tədbirdə deyib.

"Bu il barədə danışmaq çox maraqlıdır. İdman hadisələri ilə zəngin il oldu. Yaxşı nəticələrə nail olmuşuq. İl Azərbaycan çempionatı ilə başladı. Bu yarış bizim üçün vacib idi. Kişilər və qadınlar arasında gərgin mübarizə getdi. Ardınca "Chess Tour"a start verdik. Şahmatçılarımızın yarış praktikası az idi. Belə qərara gəldik ki, digər ölkələrdən şahmatçılar ölkəmizə gəlsinlər. Bölgələrimizdə 8 turnir gerçəkləşdi. "Baku Open" yarışı da yüksək səviyyədə baş tutdu", - deyə o bildirib.

Qurum rəhbəri ardınca ölkə xaricində baş tutmuş digər yarışlar barədə məlumat verib:

"Kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazandı. Bu, böyük qayıdış idi. Qadınlardan ibarət yığma isə seçmə yarışda Özbəkistan kollektivinə uduzsa da, dünya çempionatına yollandı və yekunda gümüş medala sahib çıxdı. Bütün mükafatçıları təbrik edirəm".

Oxşar xəbərlər

Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan şahmatçıları qalib olublar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər