Azərbaycan şahmatçıları qalib olublar
Far.Az xəbər saytı

Azərbaycan şahmatçıları qalib olublar


Azərbaycanın 16 yaşadək şahmatçıları Türkiyənin Qaziantep şəhərində türkdilli dövlətlər arasında təşkil edilən I komanda çempionatının qalibi olublar.

Far.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, turnirdə 6 dövləti təmsil edən 8 komanda mübarizə aparıb.

Yarışda Azərbaycanla yanaşı, təşkilatçı ölkə Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın şahmatçıları qüvvələrini sınayıblar.

Dairəvi sistem üzrə təşkil edilən turnirdə hər komanda bir oğlan və bir qız şahmatçıdan ibarət olub.

Azərbaycan komandası 11 xalla çempion adını qazanıb. Eyni xala malik Özbəkistan təmsilçiləri əlavə göstəricilərə görə ikinci yeri tutub. Türkiyə komandası isə üçüncü olub.

Bağlanış mərasimində Azərbaycan komandasına medal və diplom təqdim olunub. Qalibin şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Rüstəm Rüstəmov və Məryəm Ağaverdiyeva çıxış edib. Komandanın kapitanı Fərid Abbasov olub.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycanın 16 yaşadək şahmatçıları türkdilli dövlətlər arasında yarışın qalibi olublar
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər