İspaniya Kral Futbol Federasiyası irqçiliklə bağlı xüsusi protokolun tətbiqini təsdiqləyib
Far.Az xəbər saytı

İspaniya Kral Futbol Federasiyası irqçiliklə bağlı xüsusi protokolun tətbiqini təsdiqləyib


İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqa rəhbərliyi ilə birlikdə matç iştirakçılarına qarşı irqçilik halında xüsusi protokolun tətbiqini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə RFEF-in mətbuat xidməti məlumat yayıb.

Protokol İspaniya çempionatının oyunları zamanı tətbiq olunacaq. Hakim futbolçulardan və ya təhlükəsizlik işçilərindən tamaşaçıların irqçi davranışları ilə bağlı məlumat alacağı təqdirdə, oyunu dayandırmalı və stadionda xəbərdarlıq anonsu verilməlidir.

Bu cür hallar təkrarlanarsa, hakim oyunu müvəqqəti dayandıracaq və irqçi davranışlara son verilənə qədər komandalar paltardəyişmə otaqlarında gözləyəcəklər.

İrqçi davranışlar yenə davam edərsə, hakimin qərarı ilə oyun birdəfəlik dayandırılacaq.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
"Sumqayıt" Belarus klubunun avrokubok oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib
Fernandu Santuş: Bizim üçün əsas olan Azərbaycan bayrağı üçün oynamaqdır
“Zirə” rəsmisi: "Omoniya” ilə səfər oyununda stadionda azərbaycanlı azarkeşlər olmayacaq
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər