Arvadını öldürən şəxs İrana qaçarkən saxlanıldı
Far.Az xəbər saytı

Arvadını öldürən şəxs İrana qaçarkən saxlanıldı


Türkiyənin Manisa şəhərində qadın qətl hadisəsi baş verib.

Far.Az sondakika-ya istinadən xəbər verir ki, 43 yaşlı Rukiye Yanarın yaxınları onun yoxa çıxması ilə bağlı polisə müraciət edib. Şübhə qadının həyat yoldaşı Adem Yanara yönəlib.

Polis araşdırma aparıb və şübhəlinin İrana qaçmağa çalışdığını müəyyən edib. O, Ağrının Doğubayazıt rayonunda sərhəddə saxlanılıb.

Adem Yanar ilkin ifadəsində arvadını tapança ilə öldürdüyünü etiraf edib. O, cəsədi Turgutlu rayonunda bir tarlaya atdığını bildirib. Polis həmin ərazidə axtarış aparıb və Rukiye Yanarın meyitini kələm tarlasında tapıb.

Cəsəd ekspertiza üçün İzmirə göndərilib. Hadisə ilə bağlı istintaq davam edir.

Oxşar xəbərlər

Tanınmış müğənninin maşınında hissələrə bölünmüş qadın cəsədi aşkarlandı
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Azərbaycanlılara işgəncə vermələrini əks etdirən videokadrlar məhkəmədə nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər