Səudiyyə Ərəbistanının iri şirkətlərinin nümayəndələri Azərbaycana gələcək
Sentyabrın 30-da Səudiyyə Ərəbistanının 70-ə qədər iri şirkətinin nümayəndələri Azərbaycana səfər edəcək.
“Far.Az” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu məsələ qurumun icraçı direktoru Yusif Abdullayevlə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdə müzakirə edilib.
Görüşdə həmçinin sentyabrın 26-da Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası İqtisadi Forumu barədə müzakirələr aparılıb, iki ölkənin biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Y.Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsini təklif edib.
Səfir Azərbaycanla siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə AZPROMO-nun krallığın şirkətləri ilə yerli sahibkarlar arasında əlaqələrin qurulmasına lazımi dəstək göstərəcəyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













