Türkiyədə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI!
İstanbul və ətraf bölgələrə təsir edə biləcək Marmara zəlzələsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin The New York Times və Almaniyanın Tagesspiegel nəşrlərində Marmara əsas qatında "narahatedici hərəkətlilik" və "İstanbul yaxınlığında enerji toplanması" ilə bağlı dərc olunan materiallar ictimai narahatlığı artırıb.
Türkiyəli alimlər isə bu yazılarda səsləndirilən ehtimalların düzgün şərh olunmadığını bildirirlər. Yer elmləri üzrə mütəxəssislər ardıcıl orta güclü zəlzələlərin mütləq şəkildə böyük dağıdıcı zəlzələyə aparıb çıxarmadığını vurğulayırlar. Onların fikrincə, "7 baldan yuxarı zəlzələ" ssenarisi getdikcə "bir neçə hissədə, 7 baldan aşağı zəlzələlər" ehtimalı ilə əvəz olunur.
Mütəxəssislər qeyd edirlər ki, zəlzələnin dəqiq vaxtı və gücü barədə proqnozlar maksimum 60 faiz dəqiqliyə malik ola bilər. Buna baxmayaraq, əsas məsələ ehtimallar deyil, hazırlıqdır. Alimlər zəlzələnin hansı gücdə olmasından asılı olmayaraq, xüsusilə İstanbul və Marmara bölgəsində tikililərin möhkəmləndirilməsinin və risklərin azaldılmasının vacibliyini önə çəkirlər.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













