Nüşabə Ələsgərli: "Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar"
Far.Az xəbər saytı

Nüşabə Ələsgərli: "Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar"


"Bizim ailəmizdə müğənni olmayıb. Anamın və böyük bacımın gözəl səsi olub, amma sənətlə məşğul olmayıblar. Düşünürəm ki, onların sənətlə məşğul olmaq üçün yetərincə istəkləri olmayıb. Çünki bu istəyin qarşısını almaq mümkün deyil. Mənim isə sevgim o qədər böyük idi ki, qarşımı kəsmək mümkün olmadı".

Far.Az xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinin qonağı olan Əməkdar artist Nüşabə Ələsgərli deyib. Sənətçi qeyd edib ki, onun gənclik illərində müğənnilik sənətinə mənfi münasibət var idi:

"Bilirsiniz ki, bizim dövrümüzdə sənətə başladığımız vaxtlarda müğənniliyə pis baxırdılar. Açıq deyək, bunu gizlətməyək. Qızın müğənni olmasına yaxşı baxılmırdı. İndi isə valideynlər özləri övladlarının qolundan tutub bu sənətə gətirirlər. Bizim ailəmizdə həm oğlumun, həm də qızımın səsi var. Lakin bu sənətə yetərincə sevgiləri yox idi".

Ətraflı videoda:

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Əməkdar artist Vahid Əliyev dəfn edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər