Horovlu sakini: Yaşadığım bu xoşbəxtliyi bütün keçmiş məcburi köçkünlərə arzulayıram
Far.Az xəbər saytı

Horovlu sakini: Yaşadığım bu xoşbəxtliyi bütün keçmiş məcburi köçkünlərə arzulayıram


"Yaşadığım bu xoşbəxtliyi bütün keçmiş məcburi köçkünlərə arzulayıram".

"Far.Az" xəbər verir ki, bunu bu gün Cəbrayıl rayonu Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Solmaz Ağayeva deyib.

"Torpaqlarımız işğaldan azad olunandan sonra bu günü səbirsizliklə gözləyirdik. Artıq bizim üçün yeni həyat başlayır, daha ömrümüzün ən nəşəli günləri orada keçəcək. Geri qayıdacağımızı gözləyirdik. Çünki insan yaşadığı yeri abadlaşdırır. Amma ermənilər bizim torpaqları xaraba qoyub. Onların işğal etdiyi ərazilərdə yaşamaq fikri yox idi, sadəcə bizə zülm etdilər. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!", - deyə Horovlu sakini əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər