"Mançester Yunayted" FIFA-ya şikayət etməyi planlaşdırır
Far.Az xəbər saytı

"Mançester Yunayted" FIFA-ya şikayət etməyi planlaşdırır


İngiltərənin "Mançester Yunayted" komandası 16 yaşlı hücumçu Cey-Cey Qabrielin klubdan ayrılması ilə bağlı FIFA-ya şikayət etməyi nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Premyer Liqa təmsilçisi ötən yay digər komandaların nümayəndələrinin onun icazəsi olmadan futbolçunun ətrafı ilə əlaqə saxladığından şübhələnir. Qayda pozuntusunu təsdiqləyən sübutlar əldə olunacağı təqdirdə, məsələ FIFA-ya təqdim ediləcək.

Qeyd edək ki, Qabriel ötən gün sosial şəbəkədə vida videosu paylaşaraq "Mançester Yunayted"dən ayrıldığını açıqlayıb. Onun 2027-ci ilin yanvarında "Real"a keçəcəyi gözlənilir. Tərəflərin artıq şifahi razılıq əldə etdiyi bildirilir.

16 yaşlı futbolçu 2020-ci ildən "qırmızı şeytanlar"ın akademiyasında çıxış edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər