Keçmiş məcburi köçkün: Gənclik illərinin ab-havası ilə qayıdırıq Horovlu kəndinə
"Kəndimizi tərk edəndə 32 yaşım olub. Onda uşaqlarımız çox balaca idi, özümüz də gənc yaşlarında olmuşuq. Hazırda 60-dan çox yaşım var və kəndimizə geri dönürük. Amma sanki gənclik illərinin ab-havası ilə qayıdırıq Horovlu kəndinə".
Bu fikirləri "Report"a bu gün Cəbrayıl rayonu Horovlu kəndinə qayıdan keçmiş məcburi köçkün Quliyevə Taybət deyib.
"İllərlə yurd həsrəti ilə yaşadım. İndi isə doğma yurda qayıdıram. Bir vaxtlar bu günlərin arzusu ilə yaşamışıq, artıq həmin arzular da reallıqdır. Öz doğma torpağımızda daha gözəl ömür sürəcəyik. Bu, ürəyimizdə daşıdığımız həsrətin bitməsidir", - deyə Horovlu sakini əlavə edib.
Keçmiş məcburi köçkün, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Vətən müharibəsinin başlamasından 4 il ötür
Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













