Növbəti köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
Far.Az xəbər saytı

Növbəti köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2


Cəbrayıl rayonunun Horovlu kəndinə çatan ailələlərə mənzillərin açarları təqdim olunub.

"Far.Az" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

"Far.Az" xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndi 19 ailə - 70 nəfər köçürülüb.

Sevil Seymur

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.

"Far.Az" xəbər verir ki, bu gün Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə - 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə - 70 nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər