Hesablama Palatasında media nümayəndələri üçün təlimlər keçirilib
Hesablama Palatasında media nümayəndələri üçün "Dövlət auditi ilə bağlı məlumatların ictimaiyyətə düzgün təqdim edilməsində medianın rolu" mövzusunda təlimlər keçirilib.
"Report" xəbər verir ki, tədbirdə giriş sözü ilə Palatanın Aparat rəhbəri Tamerlan Yusif-zadə açıb.
O, dövlət auditinə dair məlumatların ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu vurğulayıb, təlimin əsas məqsədinin dövlət auditinin nəticələrinin mediada düzgün və obyektiv şərhi ilə rəsmi məlumatların aydın və dəqiq çatdırılması üçün media nümayəndələrinin bilik və bacarıqlarını artırmaq olduğunu qeyd edib.
Daha sonra Palatanın əməkdaşları təlim iştirakçılarına internet səhifəsində yer alan əsas bölmələr üzrə ətraflı məlumatlar veriblər, media nümayəndələrinin sualları cavablandırılıb, praktiki nümunələr əsasında müzakirələr aparılıb və rəsmi məlumatlarla işləyərkən diqqət edilməli məqamlar izah olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Əhməd İsmayılov: "Rəqəmsal çağırışlara uyğunlaşmaq hüquqi və sosial yanaşmalar da tələb edir"
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













