Elektron siqaretlərə qadağanın tətbiq müddəti bu tarixə dəyişdirilir
Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinə dair qadağanın tətbiqi müddəti dəyişir.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq "Tütün və tütün məmulatı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.
Milli Məclis dekabrın 19-da qanun layihəsini birinci oxunuşda qəbul edib və həmin redaksiyada qanun qəbul olunacağı halda 2026-cı il fevralın 1-dən qüvvəyə minəcəyi əksini tapıb.
İkinci oxunuşda müzakirəyə təqdim edilən layihədə isə bu müddət 2026-cı il 1 aprellə əvəzlənir.
Qeyd edək ki, qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılan zaman parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qadağanın tətbiqi müddətinin dəyişdirilməsini təklif etmişdi.
Oxşar xəbərlər
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
Ürək-damar sistemi təhlükədə: Elektron siqaretlərə maraq artır
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycanda elektron siqaretlər qadağan olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













